Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 23:49

İran hökuməti İbadinin mükafatını müsadirə etdiyini danır


İranın rəsmi İRNA agentliyi xəbər verir ki, İran rəsmiləri hüquq müdafiəçisi Şirin İbadinin Nobel mükafatını müsadirə etmələri barədə məlumatı təkzib edirlər. Amma Xarici İşlər Nazirliyinin sözçüsü Ramin Mehmanparast təsdiqləyib ki, “vergi ödəməkdən boyun qaçırdığı üçün” İbadinin bank hesabları dondurulub.

Sözçü Norveç hökumətini məsələ ilə bağlı narazılıq bildirməsinə də etirazını dilə gətirib: “Norveç rəsmilərinin hamının hörmət etdiyi qanunlara hörmət qoymaması bizdə təəccüb doğurur. Biz anlamırıq ki, Norveç rəsmiləri insanların qanunsuz hərəkətlərinə niyə haqq qazandırır və başqa ölkələrin üzərinə niyə şübhə kölgəsi salmağa çalışırlar”.

Norveç hökuməti İbadiyə təzyiqlərlə bağlı Osloda İranı təmsil edən diplomatı Xarici İşlər Nazirliyinə çağırmışdı. İbadiyə verilən Nobel mükafatı - 1,3 milyon dollar pul onun dondurulan bank hesabına köçürülmüşdü. Hüquq müdafiəçisi bildirir ki, yerli rəsmilər onun mükafatdan 410 min dollar vergi ödəməsini istəyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG