Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 20:34

Məscidin hasarları arxasında…


Həyətin içində namaz qılanların ətrafında polislər

Həyətin içində namaz qılanların ətrafında polislər

Qoltuğunda kiçik xalçalar olan bir dəstə kişi metronun Elmlər Akademiyası stansiyasından üzü Yasamala, «İlahiyyat» məscidinə tərəf qalxır.

Onların bəziləri namaz qılmaq üçün özləri ilə canamazdan əlavə xalça-palaz götürməyə məcburdurlar; son vaxtlar məsciddə adam o qədər çox olur ki, məcbur qalıb kütləvi şəkildə açıq havada, məscidin həyətində, betonun üstündə namaz qılmalı olurlar. 23 yaşlı Həsən Quliyev deyir ki, məscid namaz vaxtı palaz paylasa da, son vaxtlar namaz qılanlar artdığından hamıya çatmır, bəziləri evdən palaz gətirirlər:

«Bu, Bakıda müsəlmanların ən ciddi problemidir. Məscidlərimizi bağlayırlar. Hamı da axışıb gəlir «İlahiyyat» məscidinə. İçəridə ümumiyyətlə namaz qılmaq mümkün deyil. Məcbur olub çıxırıq çölə. Namaz qılanda ayaqqabımızı çıxarırıq. Yağış yağanda vəziyyət lap dözülməz olur. Hamının ayağı islanır. Bu bizim çox ciddi problemimizdir».

...Həyətdəki insan kütləsinin nəhəngliyi məscidin özünü görünməz edib. Cümə namazına gəlmiş yüzlərlə müsəlman hələ ki, bir–biriylə bayramlaşır, hal-əhval tuturlar. Namaza gəlmiş gənclərdən biri Ziya Əliyevdən soruşuram ki,
Hamı da axışıb gəlir «İlahiyyat» məscidinə
Azərbaycanda müsəlmanlar üçün hansısa problem görürmü? O da məscidlərin bağlanmasından danışır:

«Çox sıxışdırma var müsəlmanlara qarşı. Bakıda barmaqla sayılacaq qədər məscid var. Bağlayırlar məscidlərimizi. Muzey kimi saxlayırlar. Hökumət bəhanə axtarır məscidləri bağlamağa».

Son bir neçə ildə Bakıda iki böyük məscid bağlanıb, birinin sökülməsi haqda hökumət qərar çıxarıb.

QÜVVƏ

...Yüzlərlə insan eyni vaxtda ayağa qalxır, eyni vaxtda dizi üstə çökür, xorla eyni duaları oxuyurlar. Bu həyətin darvazaları arasında bütün şəhərdən fərqli düşüncəni, birləşmiş qüvvəni hiss etməmək mümkün deyil.

...Həyətdəki insan kütləsinin nəhəngliyi məscidin özünü görünməz edib
...Məscidin ətrafında polislər keşik çəkir, həyətin içində namaz qılanların ətrafında da polislər gəzişir. Namaz qılanlar deyirlər ki, indiyə qədər polislərdən hansısa maneə, müdaxilə görməyiblər.

...Məscidin həyətində, asfaltın üstündə yer tapmayanlar namazı ağacların altında, dəstəmaz yerinin girişində qılırlar.

FƏRQLİ DÜŞÜNCƏ, FƏRQLİ GÖRÜNTÜ

Növbəti həmsöhbətim Teymur Abdullayev bu məsciddə başqalarından fərqli görünüşdə olan onlarla müsəlmandan biridir.
Məscidin həyətində yer tapmayanlar namazı asfaltın üstündə qılırlar
Şalvarının balağı gödəkdir, şəvə saqqalı sinəsinə düşür. Özlərinin təbirincə desək, sələfilər, çoxlarının onlar haqqında işlətdikləri ifadə ilə desək, vəhhabilər «İlahiyyat» məscidinin yeni sakinləridir. Keçən ilin yayından onların yığışdıqları «Əbu-Bəkr» məscidini bağlayıblar deyə, məcbur qalıb bura gəlirlər. Teymur Abdullayev deyir ki, keçən illə müqayisədə hökumətin sələfilərə qarşı təzyiqləri azalıb, ən azı daha küçədə polis yaxınlaşıb saqqallarını qırxmağa məcbur etmir. Teymur Abdullayev deyir ki, cəmiyyət bəzən onları başa düşmür, bəzi qüvvələr isə bundan sui-istifadə edir:

«Biz dövlətə qarşı deyilik. İstədiyimiz Allahdandır. Cənnət istəyirik. Cənnəti də bizə dövlət vermir, Allah verir. Ümidimiz Allahadır. Heç kimə aidiyyətimiz yoxdur, bizi heç kim də maliyyələşdirmir, bunlar hamısı boş-boş söhbətlərdir».

Teymur Abdullayev ümid edir ki, prezident İlham Əliyev onların məscidini açacaq.

Cümə namazı yavaş-yavaş yekunlaşır. Müsəlmanlar dağılışırlar. Ətrafdakı polislərin də sayı getdikcə azalırdı...

Şərhləri göstər

XS
SM
MD
LG