Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 08:27

Alimin işi ilə bağlı MM-ə müraciət hazırlanır


İranda həbsdə saxlanan alim Rəşid Əliyevlə bağlı Milli Məclisin deputatlarına müraciət hazırlanır. Bu barədə AzadlıqRadiosuna alimin hüquqlarının müdafİə komitəsinin rəhbəri Soltan Həmid Məlikov deyib.

Komitə Azərbaycan deputatlarına müraciət hazırlayır ki, onlar İrandakı həmkarlarından alimin azadlığa çıxmasını istəsinlər.

Lazer texnologiyaları üzrə tanınan fizik alimi Rəşid Əliyev 2006-2008-ci illərdə İranda «Sazan Electronics Industry company» şirkətində elmi fəaliyyətlə məşğul olub. Müqavilə müddəti bitəndən sonra o, şirkətdən ikinci dəfə iş təklifi alıb. İşlədiyi Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmovun razılığı ilə bağlanmış əməkdaşlıq müqaviləsi ilə Rəşid Əliyev 2008-ci oktyabrın 5-də İrana gedib. Oktyabrın 6-da İrana gedəndən bir gün sonra saxlayıblar. Rəşid Əliyevin Hüquqlarını Müdafiə Komitəsinin rəhbəri Soltan Həmid Məlikov deyir ki, alimi viza rejimini pozmaq ittihamı ilə saxlayıblar.

Ancaq həm R.Əliyevin ailə üzvləri, həm də Müdafiə Komitəsi onun viza rejimini pozması versiyasına inanmırlar. İranın azərbaycandakı səfirliyi də indiyə qədər bu məsələlə ilə bağlı hər hansı məlumat yaymayıb.

Məhkəmə alimin 100 min dollar girov müqabilində azad olunması barədə qərar qəbul edib. Bu məbləği onu İrana dəvət edən şirkət ödəməyə hazır olduğunun bildirsə də məhkəmə bunu qəbul etməyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG