Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 04:53

Novruz bayramının tarixi təsdiqlənib


Azərbaycan Nazirlər Kabineti 2010-cu ildə Novruz, Ramazan və Qurban bayramlarının tarixlərini təsdiq edib. Bu barədə «APA»ya Nazirlər Kabinetindən məlumat verilib.

Nazirlər Kabinetinin Əmək Məcəlləsinin 105-ci maddəsinə, Milli Elmlər Akademiyasının və Qafqaz Müsəlmanları İdarəsinin məlumatına əsasən qəbul etdiyi qərara görə, 2010-cu ildə 5 gün - 20, 21, 22, 23, 24 mart Novruz bayramı, 9, 10 sentyabr Ramazan bayramı, 16, 17 noyabr Qurban bayramı kimi qeyd olunacaq.

Qanunvericiliyə uyğun olaraq, həmin günlər iş günü hesab edilmir.

Günün bütün mövzuları

XS
SM
MD
LG