Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 18:24

Şirin Ebadidən Nobel mükafatı müsadirə olunub


İran hökuməti iranlı hüquq müdafiəçi Şirin Ebadidən Nobel mükafatını müsadirə edib.

Bu barədə Osloda yerləşən Nobel komissiyasına məlumat daxil olub.

Komissiya bildirib ki, Nobel mükafatının müsadirə olunması – bu mükafatın 108 illik tarixində ilk belə hadisədir.

Norveçin XİN-yi İran səfirinə bununla bağlı nota təqdim edib. Hələ ki, rəsmi Tehran hadisəyə münasibət bildirməyib.

Şirin Ebadi 2003-cü ildə demokratiyanın inkişafına görə Nobel sülh mükafatına layiq görülüb.

Bu arada hüquq müdafiəçi bildirib ki, mükafatı müsadirə etməklə onu qorxuda bilməyəcəklər.

XS
SM
MD
LG