Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 14:52

Hərbi Dəniz Qüvvələrinin bazasında yanğın olub


Noyabrın 27-də Müdafiə Nazirliyi Hərbi Dəniz Qüvvələrinin Bayıldakı bazasında güclü yanğın olub. Yanğınla bağlı hazırda yanğın kəşfiyyatı aparılır, dəymiş ziyan dəqiqləşdirilir

«APA»nın məlumatına görə yanğın gecə 1 radələrində başlayıb, nəticədə bazadakı binalardan birinin çardağı tamam yanıb. Yanğın güclü olduğundan 3-cü dərəcəli çağırış elan olunub.

Hadisə yerinə xeyli sayda yanğınsöndürən və təcili tibbi yardım maşınları cəlb olunub. Fövqəladə Hallar Nazirliyinin, nazirliyin Yanğından Mühafizə Xidmətinin, eləcə də Müdafiə Nazirliyinin yüksək vəzifəli əməkdaşları da hadisə yerində olublar.

Yanğının başvermə səbəbləri və hadisə nəticəsində xəsarət alanların olub-olmaması barədə hələlik məlumat yoxdur.

Təxminən 100 yaşı olan binada Hərbi Dəniz Qüvvələrinin Baş Qərargahı və Zabitlər Evi yerləşir.

Günün bütün mövzuları

XS
SM
MD
LG