Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 19:29

“Avtovaz”ın taleyi Parisdə müzakirə olunur


Rusiyanın baş naziri Vladimir Putin bu gün axşam Parisə gedir.

İki günlük səfər zamanı onun Rusiyanın ağır vəziyyətdə olan “Avtovaz” avtomobil şirkətinin taleyini müzakirə edəcəyi gözlənir. “Avtovaz”ın səhmlərinin 25 faizi Fransanın “Renault” şirkətindədir.

Putinin gündəliyində Fransanın ən son model helikopterdaşıyan hərbi hücum gəmisi almasının müzakirəsi də var.

Vladimir Putin Avropaya qaz nəqli üçün nəzərdə tutulan Cənub Axını kəmərinin tikintisində Fransanın enerji nəhəngi EDF və İtaliyanın Eni şirkətləri ilə Rusiyanın qaz monopolisti Qazprom arasında əməkdaşlığın qurulması da var.

Putinin Fransa prezidenti Nikola Sarkozi ilə də qeyri-rəsmi görüşü nəzərdə tutulur.
XS
SM
MD
LG