Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 19:58

Dövlət büdcəsi belə formalaşır...


Noyabrın 26-da parlament Azərbaycanın 2010-cu il üçün dövlət büdcəsini qəbul edib.

2010-cu ilin büdcəsində xərclər 11 milyard 264 milyon, gəlirlər isə 10 milyard 15 milyon manat proqnozlaşdırılıb.

GƏLİRLƏR NƏDƏN GƏLİR?

Büdcə gəlirlərinin

- 4 milyard 935 milyon manatı Neft Fondundan transferdən,
- 4 milyard 887 milyon manatı vergilərdən,
- 211 milyon manatı digər daxilolmalardan formalaşır.

Ancaq ölkədə toplanan vergilərin də önəmli hissəsi neft sektoruyla birbaşa bağlıdır.

Vergilər Nazirliyi sonuncu dəfə 2006-2007-ci illər üçün iqtisadiyyatın sektorları üzrə vergi daxilolmalarına dair məlumat açıqlayıb. Həmin illər üzrə neft sektorunun vergilərdə payı 64 faiz olub.

Həmin faiz nisbətinə əsaslansaq, 2010-cu ildə yığılması nəzərdə tutulan 4 milyard 887 milyard manatlıq verginin 3 milyard 129 milyon manatı neft sektorunun payına düşür. Neft Fondundan birbaşa köçürmələri (4 milyard 935 milyon manat) də bunun üstünə gəlsək, demək olar ki:

Ümumilikdə, 2010-cu ildə büdcə gəlirlərinin 8 milyard manatdan çoxu, yəni 80 faizi neft sektorunun payına düşür.


GƏLİR HARA GEDİR?

Büdcə qanununa əsasən, 2010-cu ildə ən böyük xərc
- Tikintiyə ayrılır - 3 milyard 551 milyon;
- Təhsilə 1 milyard 276 milyon;
- Müdafiəyə 1 milyard 205 milyon;
- Sosial müdafiəyə 1 milyard 192 milyon;
- Dövlət xidmətlərinə - 1 milyard 45 milyon;
- Hüquq-mühafizə sisteminə 707 milyon;
- Səhiyyəyə 483 milyon;
- Kənd təsərrüfatı və ekologiyaya isə 402 milyon manat ayrılacaq.


BU İL VƏ GƏLƏN İL ARASINDA NƏ DƏYİŞİR?

2010-cu ildə cari illə müqayisədə iqtisadi fəaliyyət, mədəniyyət və idman, sosial müdafiə, hüquq-mühafizə və dövlət aparatının saxlanması xərcləri artacaq.

Nəqliyyat və rabitə, tikinti, kənd təsərrüfatı və ekologiya, kommunal təsərrüfat, səhiyyə və təhsilə ayrılan vəsaitlər azalacaq.

2010-cu ildə də müdafiə xərcləri demək olar ki, builki səviyyədə qalır - 1 milyard 205 milyon manat.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG