Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 15:11

Fələstin 10 aylıq dondurma qərarını qəbul etmir


Fələstin Qərb Sahilində məskunlaşmanın 10 aylığa dayandırılması barədə İsrailin planlarını rədd edir.

Fələstinin danışıqlardakı nümayəndəsi Saeb Erekatın yazılı açıqlamasında qeyd olunur ki, dünən gecə İsrailin baş naziri Benyamin Netanyahunun elani yalnız təbliğat xarakteri daşıyır və ABŞ bu məsələni gündəlikdən çıxarmamalıdır. O, Vaşinqtonu və beynəlxalq ictimaiyyəti məskunlaşmanın bir hissəsini deyil, tam dayandırmağa nail olmağa çağırıb.

Fələstinin prezidenti Mahmud Abbasın Fath partiyası da İsrailin yeni qərarını qəbul etməyib.
XS
SM
MD
LG