Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 06:21

E.Şahinoğlu:"Rusiyanın ürəyi Ermənistandadır"


“Rusiyanın xarici siyasətində məntiq heç zaman olmayib. Onlar ürəkləri ilə hərəkət ediblər. Ürəkləri isə daim Ermənisatnın yanında olub Amma Rusiya istəsə Ermənistana təzyiq edib münasişənin həllinə nail ola bilər.”

Bunu AzadlıqRadiosunun efirində «ATLAS» Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib.

O əlavə edib ki, ilk nəvbədə Azərbaycan aydınlaşdırmalıdır ki, Rusiya Qarabağ məsələsində hansı mövqe tutur.

Məsələn, Rusiya prezidenti Dmitriy Medvedyev xarici siyasətdə iqtisadi maraqları əsas götürülməsinin tərəfdarıdır. İqtisadi maraqlar nöqteyi-nəzərindən isə Azərbaycan Moskvaya Ermənistandan cəlbedicidir. Amma sual ondan ibarətdir ki, Rusiya Qarabağ siyasətində bu amili nəzərə alırmı?

XS
SM
MD
LG