Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 15:36

Salman Rüşdi daha qorxmur


İslamı təhqir etməyi səbəb kimi göstərilərək 20 il əvvəl İranda ölümünə fitva verilən tanınmış britaniyalı yazıçı Salman Rüşdi noyabrın 23-də Rumıniyaya 4 günlük səfərə gəlib.

O, Buxarestdəki Odeon Teatrında öz fanları ilə görüşüb, onlar üçün özünün rumın dilinə tərcümə edilən son əsərindən – “Enchantress of Florence” tarixi romanından parçalar oxuyub, heyranlarına avtoqraflar paylayıb.

Romanda bir avropalı qonaq Moğol imperatoru Əkbərin sarayına gəlib özünü onun itkin düşmüş qohumu kimi təqdim edir, deyir ki, Florensiyadan olan italyanın və hind şahzadəsinin oğludur.

Salman Rüşdi Rumıniyada bildirib ki, o, söz azadlığı uğrunda mübarizəsini davam etdirir və bu yaxınlarda İtaliyanın baş naziri Silvio Berluskoninin yazıçı Antonio Tabuççiyə qarşı təzyiqlərini pisləyən bəyanata qol çəkib.

“Söz azadlığına hücumlara indi hər yerdə rast gəlmək olur... Belə şeylərin İslam ölkələrində baş verməsi bir həqiqətdir, amma jurnalistlər və yazıçılar belə hücumlara başqa ölkələrdə də məruz qalırlar, o cümlədən Çində, Afrikada ölkələrində... Hətta keçmiş sovet respublikalarında da belə təzyiqlər hələ də mövcuddur. Anna Politkovskayanın qətli kimi”.

Rumıniyada yazıçı özünün təhlükəsizliyi və 20 ildir ölüm fitvası altında yaşaması haqda suallara cavab vermək istəmədiyini bildirib.

“İnsanların məndən ilk soruşa biləcəyi şeyin bu məsələ olması çox kədərləndirici bir haldır. Mən bura öz əsərlərim və ədəbiyyyat haqda danışmağa gəlmişəm”.

S.Rüşdi "Mediamax" agentliyinə açıqlamasında fitvanı “köhnə söhbət” adlanırıb və deyib ki, 11 ildir ki, özünün təhlükəsizliyi və ölüm hədələri haqda düşünməyə son qoyub.

Salman Rüşdi 1947-ci ildə Hindistanda doğulub, yeniyetməlik çağında İngiltərədə - Kembricdəki Kral Kollecində təhsil alıb.

Sonra bir müddət Pakistanda yaşayıb və qısa müddət televiziyada çalışandan sonra Britaniyaya qayıdıb.

Bundan sonra özünü yazıçılığa həsr edib.

1981-ci ildə ” "Midnight's Children" romanına görə ingilisdilli ölkələrin ədəbi mükafatı olan “Buker”ə layiq görülüb. 1988-ci ildə çapdan çıxan “"The Satanic Verses" əsəri İslam aləmində böyük etiraz doğurub. İranın o vaxtkı ali dini lideri Ayətulla Xomeyni onun ölümünə fitva verib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG