Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 09:06

ATƏT nümayəndəsi həbsdə olan bloqqerlərə baş çəkib


ATƏT-in Demokratik İnstitutlar və İnsan Hüquqları Bürosunun insan hüquqları departamentinin rəhbəri Asia İvançeva Bakı İstintaq Təcridxanasında bloqqerlər Adnan Hacızadə və Emin Milliylə görüşüb.

ATƏT-in press-relizində deyilir ki, İvançeva bloqqerlərin apellyasiya şikayətinə baxılması zamanı məhkəmə prosedurlarının ədalətli aparlımasının əhəmiyyətini qeyd edib: “Biz Emin və Adnanın işi üzrə məhkəmə zamanı prosessual pozuntular olması haqqında məlumatlardan narahatıq. Hakimiyyəti Azərbaycanın ATƏT üzvü kimi öhdəsinə götürdüyü prosessual standartlara tam riayət etməyə çağırırıq”, deyə İvançeva bildirib.

“Hələki biz qarşıda duran hüquqi prosesə müdaxilə etmək niyyətində deyilik. Apellyasiya prosesini Azərbaycan hakimiyyəti üçün qanunun aliliyi üzrə beynəlxalq öhdəliklərini yerinə yetirmək imkanı sayırıq”.

Emin Milli və Adnan Hacızadə xuliqanlıq ittihamı ilə 2, 6 ay və 2 il müddətinə azadlıqdan məhrum ediliblər. Onlar həbslərini sifarişli sayırlar.

Günün bütün mövzuları

XS
SM
MD
LG