Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 00:36

SƏFİR DEMOKRATİYANIN DƏRDLƏRİNİ BÜROKRATLARIN BOYNUNA QOYUR


Azərbaycanın Çex Respublikasındakı səfiri Tahir Tağızadə

Azərbaycanın Çex Respublikasındakı səfiri Tahir Tağızadə

Azərbaycanın Çex Respublikasındakı səfiri Tahir Tağızadə necə səfir olmasından tutmuş, Bakı ilə Praqa arasında əlaqələrə, demokratiyanın vəziyyətinə görə ölkəsinə yönələn tənqidlərə qədər hər mövzuda suallara cavab verir

(Müsahibə ixtisarla verilir, onun tam mətni ilə burada taniş ola bilərsiniz)

- Siz bayaq Azərbaycanla Çex Respublikası haqqında oxşarlıqlardan danışdınız. Gəlin, hələlik Azərbaycanın üzərində işləməli olduğu fərqlərdən də danışaq. Çex Respublikası Polşa və Isveçlə birlikdə Azərbaycan üçün vacib olan Şərq Tərəfdaşlığı proqramının təşəbbüskarıdır. Bu proqramda nəzərədə tutulan məsələlərdən biri də demokratiya və səmərəli idarəetmədir. Azərbaycanın bu sahədə vəziyyətini necə dəyərləndiririsiniz?

- Əgər desəm ki, bu sahədə Azərbaycanın vəziyyəti yetərlidir, biz çox ciddi uğurlar əldə etmişik, onda sovet dövründən gəlmiş bir adam təsiri bağışalayardım.

Demokratiya elə bir şeydir ki, həmişə onun inkişaf etdirilməsinə ehtiyac var. Demək olar bütün ölkələrdə, o cümlədən də Azərbaycanda demokratiya ilə bağlı məsələlər var.

Özümüzü yüz illərlə demokratiya təcrübəsi olan Britaniya, ABŞ kimi ölkələrlə müqayisə etsək, əlbəttə, bizim təcrübəmiz onlardan çox azdır.

Bizim 1918-ci ildə cəmi iki illik demokratik idarəetmə təcürəbmiz oldu. Ondan sonrakı 70 ili qəddar bir rejimdə yaşadıq. Ona görə də hər şeyin bir gecədə baş verəcəyini gözləmək reallığa uyğun olmazdı.

Biz demokratik inkişaf üçün mümkün olan hər şeyi edirik. Mən inkişafa ehtiyac olan məsələlər var deyəndə ölkənin rəhbərliyindən asılı olan məsələləri nzəzərdə tutmurdum.

Adətən orta səviyyəli bürokratlar problem yaradırlar. Icazə verin, onları da bir qədər başqa səbəblə izah edim. Məncə, bizdə düşüncələrdə inqilaba nail olmalıyıq.

- Yəni necə?

- Əlbəttə, hər bir prosesdə çatışmazlıqlar ola bilər. Azərbaycandakı son seçkiləri götürsək, xarici müşahidəçilər də xüsusilə son iki seçkidə nəzərə çarpan irəliləyişlər olduğunu qeyd etdilər. Bu da onu göstəririr ki, biz düzgün istiqamətdə hərəkət edirik.

ABŞ-da sən siyasi rəqibini korrupsiyada ittiham edə, sonra da onula əl verib görüşə bilərsən.

Azərbaycanda isə bu mümkün deyil. Sən biri haqqında bir ittiham deyibsənsə, onunla yaxşı münasibətin mümkün deyil.

Bizdə artıq hamı bilir ki, hər bir səs əhəmiyyətlidir, artıq bu mərhələ keçilib. Bu inqilabın birinci mərhələsi başa çatıb.

İkinci mərhələ demokratik istiqamətdə proseslərdə fərdlərin rolunu hər kəsin başa düşməsidir.

Mən bəzi sərt xətt tərəfdarı orta səviyyəli məmurların demokratik proseslərə bəzi maneələr yaratdıqlarını inkar etmirəm.

AZƏRBAYCAN “FREEDOM HOUSE”U NECƏ YAŞADIR?

- “Freddom house” öz illik hesabatlarında Sizin ölkənizi azad olmayan dövlətlər sırasında qeyd edir. Təəssüf ki, çox sayda xarici ekspert ölkənizin bu məsələdə doğru iqtiqamətdə inkişaf etmədiyini deyir. Siz də bildirdiniz ki, ölkə rəhbərliyi demokratik inkişafa çalışır. Onda bu sahədə problemlərin səbəbi nədir?

Mən ABŞ-da olanda mənim təkcə Freedom House, Jurnalistləri müdafiə Komitəsi ilə deyil, başqaları ilə yaxşı əlaqələrim var idi. Tamamilə səmimi deyirəm ki, hətta, bu cür tənqidlərə bəzi əsaslar olsa belə, təəssüf ki, bu cür qruplar öz mövcudluqlarını bu cür hallar üzərində saxlayırlar.

Əgər tənqid etməyə ölkə qalmasa, bu təşkilatlar necə yaşaycaqlar? Dünyada bütün dövlətlərin demokratiyası əla vəziyyətdə olsa, Freedom House nə edəcək? Bununla belə, mən demək istəmirəm ki, Azərbaycan həmin tənqilərə layiqdir.

Məsələn, gəlin, AzadliqRadiosunun məsələsini götürək. İkiüzlülülyün də həddi olmalıdır.

Biz bu qanunvericiliyi hazırlayanda Venesiya Komissiyasından tutmuş, Avropa Şurasına qədər hamı deyirdi ki, əla qanundur, bu, çoxdan edilməli idi.

Qanunun ilk mərhələsini icra edib İranın, Rusiyanın kanallarının yayımını dayandıranda hamı bunu alqışladı.

Amma qanunu BBC-yə, AzadliqRadiosuna tətbiq edəndə niyə hamı deyir, yox, bu, yaxşı iş deyil, gərək qanun dəyişdirilsin. Niyə? Hər kəsə eyni gözlə baxılmalıdır.

ŞƏRQ TƏFƏKKÜRÜNÜN MİRASLARI NƏYƏ MANE OLUR?

- Siz beynəlxalq təşkilatlara inanmasanız da ölkədə təkcə insan haqları fəallarının deyil, bəzən Avropa rəsmilərinin də fəaliyyəti əngəllənir. Demokratiyanın ən çətin vəziyyətə düşmüş sahələrindən biri də söz azadlığıdır. Azərbaycanda müstəqil jurnalist olmaq elə də asan məsələ deyil. Mən çox sayda misllar gətirə bilərəm, eynulla Fətullayev, Qənimət Zahid kimi jurnalisrlərin yalnız hakimiyyəti tənqid etdikləri üçün həbsə atıldıqlarına inanılır. Azərbaycanda jurnalistlərin vəziyyətinin yaxşılaşacağına dair bir fikir deyə bilərsinizmi?

- Məncə, Azərbaycanda Şərq təfəkküründən irəli gələn bəzi miraslar var. ABŞ-da sən siyasi rəqibini korrupsiyada ittiham edə, sonra da onula əl verib görüşə bilərsən.

Azərbaycanda isə bu mümkün deyil. Sən biri haqqında bir ittiham deyibsənsə, onunla yaxşı münasibətin mümkün deyil.

Təəssüf ki, bu vəziyyət görünür, Azərbaycanda hələ daha çox problemlər çıxaracaq.

Tərəflərin üzərində birgə işləməli olduqları məsələlərdən biri də seçki ilə bağlıdır. Bizdə seçki başlamamış partiyalar deyirlər ki, yox, biz orada iştirak etməyəcəyik, çünki bizi aldadırlar.

Hələ sən bir prosesdə iştiak elə, sonra deyə bilərsən ki, bərabər şərait var idi, ya yox, dövlət imkanlarından istifadə edilmişdi yoxsa, yox.

Bu məsələdə həqiqətən də mən inanıram ki, biz hamımız ölkəmizin daha yaxşı gələcəyi haqqında düşünürük.

SƏFİR TƏNQİDLƏRİN TÜNDLƏŞDİYİNİ BİLİR

- Son aylar Azərbaycan həbs olunmuş bloqerlər Emin Milli və Adnan Hacızadəyə görə Avropadan çox tənqid olunur. Hətta, Çex respublikasının keçmiş prezidenti Vaslav havel onların həbs olunmasına görə Bakını qınadı. Praqadakı səfir kimi bu narahatlıqları bölüşürsünüzümü?

- Səfir olmazdan əvvəl mətbuat xidmətinin rəhbəri kimi də mən bu məsələlərlə çox yaxından işləmişəm. Amma, hətta, mən məşğul olmasaydım belə, hər bir vətəndaş gərək bu işlərdən narahat olsun.

- Nədən narahat olsun, bloqqerlərin həbsindən, yoxsa, tənqidlərdən?

- Hər ikisindən də. Tənqid hansısa hadisədən yaranır. Məncə, biz hamımız bir yerdə işləməliyik, bir-birimizin əleyhinə yox. Siyasi rəqabət qəbul olunmuş qaydalardan və bəlli standartlardan kənara çıxamamalıdır. Bu, çox ziddiyyətli vəziyyətdir, tənqid yaradan bəzi halların sayı azalır, amma tənqidlərin özü getdikcə kəskin, şiddətli olur.

Biz təkcə vədlər vermirik, həm də onlara uyğun yaşamağa çalışırıq. Ümumi tendensiya budur. Çatışmazlıqlar da açıq-şakardır. Amma əgər sən stəkana yarıya qədər su töksən ona “stəkan yarıya qədər doludur” da deyə bilərsən, “stəkar yarıya qədər boşdur” da. Biz də yarıya qədər, bəlkə bir az da ondan yuxarıya qədər haqlıyıq.


MÜSAHİBƏNİN TAM MƏTNİ İLƏ BURADA TANIŞ OLUN

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG