Keçid linkləri

2024, 24 Aprel, çərşənbə, Bakı vaxtı 06:35

Vyanada İranın nüvə proqramı müzakirə olunacaq


Beynəlxalq Atom Enerjisi Agentliyi cümə və şənbə günləri İranın nüvə proqramı ətrafında yaranmış vəziyyəti müzakirə edəcək.

İran onun nüvə proqramıyla bağlı beynəlxalq aləmin təklifini hələ ki, qəbul etməyib.

Təklifdə İranın nüvə reaktoru üçün yanacağın ölkə daxilində yox, xaricdə istehsal olunması nəzərdə tutulur.

BMT-nin təhlükəsizlik şurasının 5 daimi üzvü və Almaniyanın məsələnin həlliylə bağlı yeni təklif verəcəkləri gözlənilir.
XS
SM
MD
LG