Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 21:56

Müdafiə Nazirliyinin geniş hərbi kollegiyası olub


Noyabrın 25-də Müdafiə Nazirliyinin hərbi kollegiyası olub. Bu barədə «Turan»a Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər.

Kollegiya iclasında müdafiə naziri Səfər Əbiyev Silahlı Qüvvələrin 2009-cu ildə hazırlığının yekunları və növbəti 2010-cu tədris ilində vəzifələri haqqında geniş məruzə ilə çıxış edib.

İclasda kollegiya üzvləri, müdafiə nazirinin müavinləri, idarə, müstəqil şöbə, xidmət rəisləri, birlik, birləşmə və hərbi hissə komandirləri, qərargah rəisləri, hərbi təhsil və hərbi tibb müəssisələrinin rəisləri iştirak ediblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG