Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 10:55

Azərbaycan Otel Kompleksləri Assosiasiyasının prezidenti Ağarəhim Əliyev vəfat edib


Azərbaycan Otel Kompleksləri Assosiasiyasının prezidenti Ağarəhim Əliyev dünən axşam vəfat edib. Ağarəhim Əliyev 1931-ci il mayın 4-də Bakıda doğulmuşdu. Azərbaycan televiziyasında (1957) rəssam kimi çalışmışdı. AMEA-nın Elmi Bərpa Emalatxanasında bərpaçı işləmişdi. Rəssamlar İttifaqının üzvü idi. Azərbaycan teatrlarında—Milli Dram Teatrında, Opera və Balet Teatrında, Rus Dram Teatrında göstərilən bir sıra tamaşaların quruluşçu rəssamı olmuşdu.

Ağarəhim Əliyev Xalq Təsərrüfatı İnstitutunu bitirmişdi (1973). Uzun illər xalq təsərrüfatının müxtəlif sahələrində çalışmışdı. 15 il Bakının ən nüfuzlu oteli sayılan «Inturist-Azərbaycan»ın direktoru olmuşdu.

Ağarəhim Əliyev kino sahəsində də fəaliyyət göstərmişdi. Onun bioqrafiyasında 18 bədii və sənədli filmin quruluşçu rəssamlığı yer alıb. Onların arasında Heydər Əliyevə həsr olunmuş filmlər xüsusi yer tutur. Ən son rəssamlıq işi, ötən il rejissor Vaqif Mustafayevin çəkdiyi «Heydər Əliyev. Onuncu film. Xüsusi təyinat» filmidir.

Mədəniyyət sahəsindəki uğurlarına görə Əməkdar İncəsənət xadimi adını almışdı. Ağarəhim Əliyev 2007-ci ildən Otel Kompleksləri Assosiasiyasının prezidenti idi.
XS
SM
MD
LG