Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:00

İlham Əliyevin dediyi müharibə olsa...


«Stratfor» Araşdırmalar Mərkəzinin fikrincə, Azərbaycan prezidenti Münhen görüşü ərəfəsi Qarabağ danışıqlarına yeni istiqamət verdi

«Stratfor» Araşdırmalar Mərkəzinin fikrincə, Azərbaycan prezidenti Münhen görüşü ərəfəsi Qarabağ danışıqlarına yeni istiqamət verdi

«TAM HAZIR DEYİL»

«Stratfor» Araşdırmalar Mərkəzinin fikrincə, Azərbaycan prezidenti Münhen görüşü ərəfəsi Qarabağ danışıqlarına yeni istiqamət verdi.

İlham Əliyev Azərbaycanın hərbi gücdən istifadə edə biləcəyini əvvəllər də demişdi, ancaq ilk dəfədir ki, Azərbaycanın hərbi gücdən istifadəyə hazır olduğunu bildirir.

Ona görə birinci əsas sual odur ki, Azərbaycan ordusu Ermənistanla müharibəyə hazırdırmı?

«Stratfor»un cavabı: «Tam hazır deyil».

«Stratfor» yazır ki, Azərbaycan son 15 ildə hərbi büdcəsini ildə 250 milyon dollardan 1 milyard dollara qaldırdı.

Neft istehsalından və neftin yüksək qiymətindən bəhrələnən Azərbaycan hərbi qüdrətini yaratdı, Ermənistan iqtisadiyyatı və hərbisi isə yerində sayıb.

Ancaq «Stratfor»un Bakıdakı mənbələrinin dediyinə görə, Azərbaycan hərbisinə müharibəyə tam hazır olmaq üçün əlavə bir neçə il lazımdır.

Bununla belə, «Stratfor»un fikrincə, bu, o demək deyil ki, Azərbaycan lazım bildiyi müharibədən çəkinəcək.

Burda deyilənlərə fikrini öyrəndiyimiz rusiyalı hərbi ekspert Aleksandr Qolts da hesab edir ki,
“Son illər Azərbaycanın güclü silahlanması qələbəyə təminat vermir. Müharibə ona təminat verir ki, müharibəni başlayan beynəlxalq aləmdə təcrid olunacaq. Bu isə çox ciddi məsələdir”.

Daha sonra «Stratfor» məsələnin başqa tərəfinə baxır: Azərbaycan Qarabağ uğrunda müharibəyə hazırdır ya hazır deyil, bundan asılı olmayaraq, İlham Əliyevin müharibə danışıqları tarazlığı saxlamaqda Rusiyaya problem yaradır.

«Medvedev çox güman ki, Əliyevin diqqətinə iki məsələni çatdırıb»
RUSİYA BİTƏRƏF QALACAQMI?

Hərbi ritorika reallaşsa, Rusiya məcbur olub, Cənubi Qafqazda ona «həlledici ayaq yeri» verən Ermənistana köməyə gəlməlidir. Rusiya isə bunu istəmir. Gürcüstanla müharibənin nəyə başa gəldiyini görən Rusiya hər vasitə ilə yeni hərbi münaqişədən yayınmağa çalışacaq.

Noybarın 24-də Ulyanovskda Rusiya və Azərbaycan prezidentlərinin görüşünun əsas məqsədi, «Stratfor»un fikrincə, Azərbaycanı inandırmaq idi ki, hərbi təhlükələr yolu ilə getməsin.

«Stratfor» yazır ki, Medvedev çox güman ki, Əliyevin diqqətinə iki məsələni çatdırıb.

Birincisi, Azərbaycan Ermənistanla müharibəyə getsə, Rusiya nəinki hərbi münaqişəyə qatılacaq, eyni zamanda, Dağlıq Qarabağı tutacaq. Bu da Azərbaycan üçün dəhşət olacaq.

İkincisi, Azərbaycan müharibəyə getsə, regiondakı əsas əməkdaşlıq tərəfdaşı olan Rusiyanı itirəcək.

Stratforun yazdıqlarının əksinə olaraq rusiyalı hərbi ekspert Aleksandr Qolts hesab etmir ki, Rusiya mütləq Ermənistan tərəfdə müharibəyə qatılmalıdır.
“Bu, əslində çox mürəkkəb məsələdir. Ancaq kollektiv təhlükəsizlik müqaviləsində buna göstəriş var. Müqavilə hazırlananda bu, nəzərdə tutulub.”

Sonda «Stratfor» yazır: «Azərbaycan hiss edir ki, gediş eləməlidir». Ancaq kənardan dəstək ala bilmir. Rusiya Azərbaycana xəbərdarlıq edir ki, müharibə tonunu aşağı salsın, ehtiyatlı olsun.

İndi sual odur ki, Azərbaycan xəbərdarlığa qulaq asacaqmı?

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG