Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 01:59

ATƏT-in Bakı ofisi ümid edir ki, Azərbaycan məişət zorakılığıyla bağlı qanun qəbul edəcək


“Məişət zorakılığından hər bir adam əziyyət çəkə bilər. Ancaq bunun əsas qurbanları qadın və uşaqlar olur”.

Bunu ATƏT-in Bakı ofisinin rəhbəri Bilge Cankorel məişət zorakılığına həsr olumuş konfransda deyib.

Konfransda məişət zorakılığının qarşısının alınmasıyla bağlı təklif olunan konsepsiya da daxil olmaqla, Azərbaycanda məişət zorakılığı məsələləri müzakirə olunub.

Son illər ərzində Bolqarıstan, Qırğızıstan, Ukrayna və Gürcüstan kimi ATƏT-ə üzv olan bir sıra dövlətlər məişət zorakılığına dair qanunu qəbul edib.

Səfir Cankorel ümid edir ki, “məişət zorakılığıyla bağlı qanunu qəbul etmiş dünyanın 60-a yaxın ölkəsinin sırasına Azərbaycan da qoşulacaq.”

BMT-nin Baş Assambleyası on il əvvəl 25 noyabrı Beynəlxalq Qadınlara qarşı Zorakılığın Aradan qaldırılması Günü elan edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG