Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 01:16

Berdımuhəmmədov Aşqabadı dünyanın ən gözəl şəhərlərindən birinə çevirmək istəyir


Türkmənistan prezidenti Qurbanqulu Berdımuhəmmədov deyib ki, gələn il 240 yeni bina tikmək və ölkəni Qazaxıstan və İranla birləşdirən dəmiryol xəttinin tikintisini başa çatdırmaq niyyətindədir. O, bu məqsədlə büdcədən 12 milyard dollar ayrıldığını deyib.

2010-cu ildə həyata keçiriləcək layihələr arasında Xəzər sahilində “Avaz” istirahət-əyləncə bölgəsinin yaradılması, gübrə və sement zavodlarının, hava limanının, muzeylərin, körpülərin, şimal-cənub dəmiryol xəttinin və 240 yeni yaşayış binasının tikintisi var.

Berdımuhəmmədov paytaxt Aşqabadı dünyanın ən gözəl şəhərlərindən birinə çevirəcəyini də bildirib.

XS
SM
MD
LG