Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:25

«Neft pulları Avropa Şurasına da çatıb»


Əli Kərimli
«Son 4 ildə sərbəst toplaşmaq adına Azərbaycanda heç nə yoxdur. Əvvəllər bu hüquq məhdudlaşdırılırdısa, indi artıq mübahisəli bir məqam qalmayıb. Bəs necə olur ki, buna imkan yaradan «Sərbəst toplaşma haqqında» qanuna Avropa Şurasının Venesiya Komissiyası yüksək rəy verir ki, bu qanun Avropa standartlarına uyğundur».

Bunu «İşdən sonra» verilişində AXCP sədri Əli Kərimli deyib. O düşünür ki, bu qədər səhvlər təsadüfi deyil:

«Bu səhvdirsə, bir dəfə də bu səhv demokratiyanın xeyrinə olsun. Niyə bu səhvlər həmişə avtoritarizmin qüvvətləndirilməsinə kömək məqsədilə olur? Vaxtilə Azərbaycan üzrə həmməruzəçi olmuş Andreas Qross 2005-ci ilin parlament seçkilərində baş vermiş irimiqyaslı saxtakarlıqları görəndən sonra məruzə hazırlamışdı ki, Azərbaycanda saxtakarlıqla təyin olunmuş deputatların mandatı təsdiq olunmasın. O zaman Avropa Şurasının tarixində qeyri-adi hadisələrdən biri baş verdi - Monitorinq Komitəsində məruzəçinin məruzəsi təsdiq olunmadı. O zaman Andreas Qross istefa etdi və çox ibrətamiz bir söz dedi. Dedi ki, artıq neft pulları Avropa Şurasına da çatıb».

Hökumətyönlü Ana Vətən Partiyasının sədr müavini, deputat Zahid Oruc isə Əli Kərimlinin fikirləri ilə razı deyil:

«Avropa qurumlarının konfidensial şəraitdə Azərbaycan hakimiyyəti ilə müəyyən işbirliyinə getməsi iddiaları mənə qəribə gəlir. Sərbəst toplaşmaq haqqında qanunvericilik ən yaxşı səviyyədə işləyə bilər, o halda ki, həmin aksiyalar müvafiq ünvanlarda keçirilmiş olsaydı. Müxalif qüvvələr sərbəst toplaşmaq üçün o məkanı istəyirlər ki, o yer onları Prezident Administrasiyasına və ya konkret hökumət binasına aparıb çıxarsın».

Zahid Oruc
Əli Kərimli bu fikri sualla qarşılayır:

«Zahid Oruc maraqlı bir etiraf etdi ki, hakimiyyətin əsas qorxusu odur ki, toplaşan adamlar birdən Prezident Aparatı və Milli Məclisin binasına yaxınlaşarlar. Təəccüblüdür ki, xalq tərəfindən seçilmiş hakimiyyət öz xalqından niyə belə qorxur?.. Mövcud qanunvericiliyə əsasən, 200 metrə qədər xalq Prezident Aparatı və Milli Məclisə yaxınlaşa bilər. Amma bizim mitinq üçün təklif etdiyimiz yerlərin arasında həmin hökumət binalarından 10, 15, 20 kilometr məsafədə olanlar var. Necə olur ki, bu ərazilərin heç biri yaramır?».

Zahid Oruc
Əli Kərimlini onun fikirlərini təhrif etməkdə qınayır:

«Mən elə bir fikir söyləmədim ki, hakimiyyət protest elektoratından çox narahatdır. Mən konkret məsələləri qoymuşdum. Məndən olsa, müxalifətə etiraz aksiyaları üçün istədiyi bütün yerləri verərdim. Onsuz da, onlar heç bir siyasi nəticə doğurası deyil... ».

Konkret ifadə isə belə səslənirdi.

Buna da bax:

Şərhləri göstər

XS
SM
MD
LG