Keçid linkləri

2024, 27 Aprel, şənbə, Bakı vaxtı 04:38

Britaniyanın İraqda müharibəsindəki iştirakı araşdırılır


Britaniyanın İraq müharibəsində iştirakı ilə bağlı rəsmi araşdırma başlanıb. Araşdırma zamanı xarici və müdafiə nazirliklərinin keçmiş rəsmiləri, o cümlədən baş nazir Toni Bleyr 5 üzvdən ibarət araşdırma komitəsinin dinləmələrində ifadə verəcək.

2003-cü ildə Bleyr Səddam Hüseyni devirmək üçün İraqa 45 minlik qoşun göndərmişdi. Britaniyanın İraqı əməliyyatı rəsmən bu ilin aprelində başa çatıb. Həmin əməliyyatda 179 nəfər hərbçi həlak olub.

XS
SM
MD
LG