Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 22:22

Braziliya İranı müdafiə edir


Braziliya prezidenti Lula da Silva iranlı həmkarını salamlayır. Braziliya, 23 noyabr 2009

Braziliya prezidenti Lula da Silva iranlı həmkarını salamlayır. Braziliya, 23 noyabr 2009

Qərb dövlətləri Tehranın nüvə proqramı ilə bağlı məsələnin ədalətli və balanslı şəkildə həlli ilə bağlı razılığa gəlməlidir. Bunu Braziliya prezidenti Lula da Silva ölkəsində səfərdə olan İran prezidenti Mahmud Əhmədinejadla görüşdə deyib.

Braziliya prezidenti beynəlxalq sazişlərə əsasən İranın dinc nüvə proqramına malik olmaq hüququnu tanıdığını da bildirib.

Braziliyada yüzlərlə insan İran prezidentinin səfərinə qarşı etiraz aksiyası keçirib. Əhmədinejad Braziliyadan sonra Boliviyaya, oradan isə Venesuelaya səfər edəcək.

BMT Təhlükəsizlik Şurası İranının uranın zənginləşdirilməsi layihəsini dayandırmağı tələb edir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG