Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 20:52

Bloqçuların həbsi ilə bağlı etiraz aksiyası təxirə salındı


Bakı Şəhər İcra Hakimiyyəti Milli Qurtuluş Partiyasının keçirmək istədiyi etiraz aksiyasıyla bağlı xəbərdarlıq məktubunu qəbul etməyib. Partiya fəalları bloqçular Emin Milli və Adnan Hacızadənin həbsiylə bağlı noyabrın 28-də Prezident Administrasiyasının qabağında piket keçirməyi nəzərdə tutmuşdu.

Partiyanın mətbuat xidmətinin rəhbəri Kənan Göytürkün sözlərinə görə, BŞİH aksiyayla bağlı 5 gün əvvəldən xəbər vermə tələbinin pozulmasıyla əlaqədar məktubu qəbul etməyib. «Partiya rəhbərliyi qərara aldı ki, qarşıdurmaya getməyək. Piket dekabrın 7-nə təxirə salınıb. Amma bu dəfə şəhər rəhbərliyi aksiyaya icazə verməsə belə, biz piketi keçirməkdə israrlıyıq».

Xuliqanlıqda təqsirləndirilən bloqçular Emin Milli 2 il 6 ay, Adnan Hacızadə isə 2 il azadlıqdan məhrum ediliblər. Beynəlxalq hüquq müdafiə təşkilatları bu ittihamı qondarma hesab edir və bloqçuların azad olunmasını tələb edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG