Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 01:47

Nyu-Yorkda beynəlxalq azad mətbuat mükafatı təqdim olunacaq


Bu gün Nyu-Yorkda jurnalistika sahəsində beynəlxalq azad mətbuat mükafatının təqdimetmə mərasimi olacaq. Jurnalistləri Müdafiə Komitəsi hər il bu mükafatı repressiya şəraitində və risk altında işləyən jurnalistlərə verir.

Bu ilki mükafat 4 nəfərə Naziha Raciba (Tunisin Kalima saytının redaktoru), Mustafa Hacı Abdinurə (Somalidə Radio Simba-nın redaktoru), Tissaynayaqam – Sadiyə Tayms qəzetinin (Şri-Lanka) reportyoru) və “Realnıy Azerbaydjan” qəzetinin redaktoru Eynulla Fətullayevə veriləcək. Sonuncu iki nəfər hazırda həbsdədir.

JMK-nin icraçı direktoru Coel Saymon Tissaynayaqamı və Fətullayevi azad etməyə çağırıb. “Biz mütləq bu ölkələrin hökumətlərinin diqqətinə çatdıracağıq ki, dünya ictimaiyyəti qəzəblənib”, deyə o bildirib.

XS
SM
MD
LG