Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 10:05

FİFA fövqəladə toplantı keçirəcək


Beynəlxalq futbol qurumu dekabrın 2-də fövqəladə toplantı keçirəcək.

FİFA toplantının nəyə həsr olunacağını açıqlamayıb. Amma bu yaxınlarda Əlcəzairin Misir üzərində qələbəsindən sonra azarkeşlər arasında dava düşmüşdü.
Fransanın İrlandiyanı üstələyib dünya çempionatının final mərhələsinə çıxmasına səbəb olan əllə qol və sair məsələlər də müzakirə edilə bilər. Bundan başqa futbol oyunlarının nəticəsinin qabaqcadan danışılması qalmaqalları da müzakirə obyekti ola bilər.

XS
SM
MD
LG