Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 23:57

«Bakı «vaxt bizə işləyir!» siyasətindən əl çəkib»


İlqar Məmmədov
«22 il ərzində bu qədər nikbin olmamışdım. Azərbaycan son zamanlar Türkiyənin yeritdiyi siyasət nəticəsində böyük diplomatik nüfuz əldə edib. Həmin nüfuzu Münhen görüşündə real nəticələrə çevirmək mümkün ola bilərdi. Bunun baş verib-vermədiyini biz hələlik bilmirik. Amma tərəflər həqiqətən nəticəyə yaxındırlar. İlin sonuna qədər ciddi irəliləyiş üçün çox münbit şərait var. Həmin şəraiti Türkiyənin son zamanlar göstərdiyi diplomatik fəallıq yaradıb».

Bunu «İşdən sonra» verilişində politoloq İlqar Məmmədov bildirib. O deyir ki, 2014-cü ildə atəşkəsin 20 illiyi tamam olur, ancaq bu illər ərzində Azərbaycan rəhbərliyi dəyişməyib:

«Camaat onlardan soruşacaq ki, siz Azərbaycanın ərazisini qaytarırdınız bu 20 ildə, yoxsa şəxsi həyatınızı təmin edirdiniz? Vaxt qəti olaraq İlham Əliyevin əleyhinə işləyir. Düşünürəm ki, prezidentin dediyi sözlərdə müəyyən həqiqət var. Azərbaycan öz mövqeyini sərtləşdirməlidir, daha tələbkar olmalıdır, o cümlədən ABŞ, Rusiya və Fransaya qarşı. Görsək ki, burada ikili standartlar yürüdülür, iqtisadi itkilərinə, mənəvi kollapsına baxmayaraq Ermənistanı qorumaq məqsədi güdülür, onda Minsk Qrupunun tərkibini tamamilə dəyişmək lazımdır. Ora həm müsəlman, həm xristian ölkələrindən olan təmsilçiləri təyin edilməlidir».

Politoloq Rauf Mirqədirov isə deyir ki, rəsmi Bakı uzun müddət rəhbər tutduğu «vaxt bizə işləyir!» siyasətindən əl çəkib:

Rauf Mirqədirov
«Azərbaycan tərəfi bəli, tələsir. Ermənistan tərəfinin mövqeyi isə bir qədər fərqlidir. Türkiyə-Ermənistan protokolları imzalandıqdan Yerevanın bəyanatlarında bir qədər fərqli notlar var. Onlar Türkiyə ilə münasibətləri yaxşılaşdırmaqla beynəlxalq aləmə yönəlik istiqamətdə ciddi uğur əldə ediblər. Kifayət qədər ciddi güzəştlərə gediblər – həm Türkiyənin ərazi bütövlüyünün tanınması, həm də soyqırımı məsələsində. İndi Ermənistan Türkiyəyə getdiyi güzəştlərin əvəzini Qarabağ məsələsində çıxmaq istəyir. Yəqin ki, hansısa əlavə şərtlər irəli sürür».

Rauf Mirqədirov müharibə ehtimalının əleyhinədir:

«Problem onda deyil ki, müharibəyə başlaya bilərik ya yox. Gərək, müharibəyə başlamamışdan qabaq səni gözləyəcək təhlükələri neytrallaşdırasan. Diplomatiyamızın məğlubiyyəti bax, buradadır. Serbiya, Gürcüstan ərazi bütövlüyünü güc yoluyla bərpa etməyə çalışdılar. Gözlənilən təhlükələri nəzərə almadıqları üçün Serbiya Qərbin qəzəbinə tuş gəldi, Saakaşvili Rusiyanın. Hər iki presedent acınacaqlı nəticə verdi...».

Buna da bax:

XS
SM
MD
LG