Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 10:12

Təşviqat neçəyədir?


Azərbaycanda bələdiyyə seçkiləri bu il dekabrın 23-də keçiriləcək

Azərbaycanda bələdiyyə seçkiləri bu il dekabrın 23-də keçiriləcək

Bələdiyyə seçkilərilə əlaqədar yeddi qəzet, iki informasiya agentliyi, bir televiziya və bir radio ödənişli təşviqatla bağlı öz reklam şərtlərini açıqlayıb.

Qəzetlər bir kvadrat santimetrlik reklam üçün 20 qəpikdən 80 qəpiyə, sonuncu və birinci səhifələri üçünsə 60 manatdan 800 manata qədər qiymətlər təklif edirlər. Agentliklər bir günü 200 manatdan 600 manata qədər qiymət təklif edirlər.

Televiziyalardan pullu təşviqata yalnız İctimai Televiziya və radio qoşulur. İctimai televiziya həftənin üç günü 1 saniyəsi 7 manatdan 23 manata qədər pullu efir vaxtı təklif edir, İctimai radio isə hər saniyə üçün 3 manat 35 qəpikdən 11 manata qədər reklam qiymətlərini açıqlayıb.

Pullu təbliğatla bağlı reklam şərtlərinin açıqlayan KİV-lər bunlardır:

Qəzetlər:

«168 saat»
«Üç nöqtə»
«Azərbaycan»
«Azad Azərbaycan»
«Respublika»
«Səs»
«Yeni Müsavat»

Agentliklər:

APA İnformasiya Agentliyi
Lent.az
«Riyad Media» İnformasiya Agnetliyi

Teleradio qurumları:

İctimai Televiziya və Radio Yayımları Şirkəti

Azərbaycanda bələdiyyə seçkiləri bu il dekabrın 23-də keçiriləcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG