Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 16:13

Qeydiyyatdan keçməyən dini icmalar məhkəməyə veriləcək


Gəncədə bu ilin sonunadək qeydiyyatdan keçməyən dini icmalar məhkəməyə veriləcək.
Bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin qərb bölgəsi nümayəndəsi Firdovsi Kərimov məlumat verib.

O, bildirib ki, Gəncədə 4 xristian 2 islam yönümlü dini icma qeydiyyatdan keçməyib. 6 islam yönümlü icma isə sənədlərini qeydiyyat üçün təqdim edib.

Firdovsi Kərimov yaşayış evlərində dini təbliğatla məşğul olan icmaların da məsuliyyətə cəlb olunacağını bildirdi.
XS
SM
MD
LG