Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 17:39

"Leonardo da Vinçi Azərbaycan əsillidir"


Bakı, 23 noyabr (AzərTAc). İtaliya tarixçisi Lui Bafa Perri böyük rəssam Leonardo da Vinçinin mənşəyi ilə bağlı çoxillik tədqiqatlardan sonra sensasiyalı nəticəyə gəlmişdir.

Sən demə, böyük Leonardo da Vinçinin anası Azərbaycandan olan müsəlman qadın imiş. Onu Apennin yarımadasına kölə kimi gətiriblərmiş. Bunu uzun illər ərzində da Vinçilərin şəcərəsini tərtib edən Siciliya tarixçisi Lui Bafa Perri müəyyənləşdirmişdir.

Bu, böyük rəssamın mənşəyinə dair nəzəriyyələrdən biridir. Onun anası haqqında az şey məlumdur. Leonardonun Şərq kökləri barədə versiya bir neçə il əvvəl, alimlər onun rəsmlərində barmaq izləri aşkar edəndən sonra ortaya çıxmışdır. İzlərin analizi göstərmişdir ki, Leonardonun sol şəhadət barmağının ortasındakı nişanə şərqlilərin 60 faizində vardır. Lui Baf Perri daha uzağa gedərək belə bir fərziyyə irəli sürmüşdür ki, rəssamın anası azərbaycanlı olmuşdur.
XS
SM
MD
LG