Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 12:27

Davudoğlu: "Türkiyə Qarabağın işğalına son qoyulmasına çalışır"


Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu bildirib ki, Türkiyə Dağlıq Qarabağın işğalına son qoyulmasına çalışır. (AzərTAc).

Milliyyətçi Hərəkat Partiyasından millət vəkili Mömin İnanın Ermənistanla imzalanmış protokolla bağlı sorğusuna cavab verən xarici işlər naziri vurğulayıb ki, Azərbaycanın torpaqları işğaldan azad olunmayanadək bölgədə arzu olunan sülhə nail olmaq mümkün olmayacaq. "Ermənistan işğal etdiyi ərazilərdən çəkilməlidir. Bizim səylərimiz də bu işğala son qoyulmasının təmin olunması istiqamətində genişhəcmli regional sülhün bərqərar olması üçün zəmin yaradılmasıdır".

Əhməd Davudoğlu onu da əlavə edib ki, rəsmi Ankara Ermənistanın “soyqırımı” iddialarını davam etdirməsi və Yerevanın Ağrı dağını dövlət simvolu kimi göstərməsindən narazıdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG