Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 04:48

Bloqçulara ailə üzvləri ilə görüş icazəsi verildi


Emin Milli noyabrın 11-də Səbail Rayon Məhkəməsinin hökmü ilə 2 il 6 ay, Adnan Hacızadə isə 2 il müddətində azadlıqdan məhrum olunub

Emin Milli noyabrın 11-də Səbail Rayon Məhkəməsinin hökmü ilə 2 il 6 ay, Adnan Hacızadə isə 2 il müddətində azadlıqdan məhrum olunub

Həbsdə olan gənc bloqçular Adnan Hacızadə və Emin Milli iyul ayından bəri ilk dəfə ailə üzvləri ilə görüşəcək. «Media forum»un məlumatına görə, bu gün Səbail Rayon Məhkəməsində gənclərin ailə üzvlərinin müraciətinə baxılıb.

Hakim Araz Hüseynov Eminin və Adnanın valideynlərinə övladları ilə görüş üçün icazə verib. Noyabrın 25-də A.Hacızadənin, 26-da isə E.Millinin valideynləri övladları ilə görüşəcəklər.

Emin Milli noyabrın 11-də Səbail Rayon Məhkəməsinin hökmü ilə 2 il 6 ay, Adnan Hacızadə isə 2 il müddətində azadlıqdan məhrum olunub. Gənclər bu il iyulun 8-də «Livan» restoranında baş verən münaqişədə - xuliqanlıq və qəsdən sağlamlığa az ağır zərər vurmada təqsirli biliniblər.

Bakı İstintaq Təcridxanasında saxlanan gənclər tutulandan bəri ailə üzvləri ilə görüşə bilməyiblər.

Beynəlxalq hüquq müdafiə təşkilatları bloqçulara qarşı ittihamları qondarma hesab edir, onların tənqidi fikirlərinə görə həbs olunduqlarını bildirirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG