Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 18:07

“Bakıda hansı küçələr asfaltlanıb?!”


«O qədər atır-tutur ki, adam çalxalanır»

«O qədər atır-tutur ki, adam çalxalanır»

Ramanalılar böyrək daşını tökməyin təzə üsulunu tapıblar! Həkimə-filana da ehtiyac yoxmuş...
304 nömrəli Ramana-Əzizbəyov marşrutuna minirsən, yolun 10-cu dəqiqəsində özünümüalicənin effektini hiss etməyə başlayırsan...
Ramana kəndinin ağsaqqalı Rəhman dayı belə deyir:

“Elə ki qarın ağrısı, böyrək ağrıları tutur, oturursan 304-ə, gedirsən Əzizbəyova. Qayıdıb gəlirsən, böyrəklərin daşı tökülür, ağrısı dayanır.

“O qədər atır-tutur ki, adam çalxalanır”.

“3 DƏFƏ MAŞIN AŞIB ORADA...”

Ramana kəndinin yolları bu cür zarafatlara səbəb olsa da, marşrutda minəndə işin ciddiliyinin fərqinə varırsan.

“Hələ Muxtarov tərəfdə bir küçə var. Qazıblar, elə də qalıb. 3 dəfə maşın aşıb orda. Hələ də fikir verən yoxdur. 13 dənə maşın burda işləyir. 6-7 maşın da mədəndə işləyir. Hamısının da yolu xarab. Yolları düzəldəndən sonra avtobus lap 2 dəqiqə intervalla işləyər. 4 dəqiqəylə güclə gedib gəlib vaxtı çatdırırlar”.

Sürücü Seymur deyir ki, yolların bu vəziyyətinə görə hər gün ustanın yanına qaçmağa məcbur olur:

“ İşləyə bilmirik. Yolda qalırıq. Qazancım gedir ustaya. Rezinlər dağılır”.

KANALİZASİYA SULARI YOLU DAĞIDIR

Kənd sakinləri deyir ki, sonuncu dəfə Ramana yolu 5 il əvvəl təmir edilib. Prezidentin xanımı və qızı Ramanadakı uşaq evinə gəlib yolların narahatlığına şahid olandan sonra. Sonra isə elə sürücülər, marşrut sahibləri problemə əncam çəkməyə çalışıblar:

“Hər həftə yığışıb traktor gətirib düzəldirik. Sabunçunun yolunu biz düzəltmişik – avtobusun şoferləri. Yenə də korlanıb ”.

Payız-qış aylarında bu yolda palçıq dizə çıxır. Yağışa mədən və kanalizasiya suları da qatılır. Ramananın kanalizasiya sistemi olmadığından yol örtüyünün sıradan çıxmağı daha asandır:

“Şeytanbazardan axan kanalizasiya tökülüb xarab edir yolu. Evlərin kanalizasiyası, tualet-zad hamısı axır. Marşrutlar da sınır. Yollar hamısı dərə-təpədir”.

Kənd sakinləri deyir ki, Ramananın yollarını düzəltmək heç kəsi maraqlandırmır.

GÜNAH YÜK MAŞININDAYMIŞ...

Ramana kənd icra nümayəndəliyindən Zemfira Əzimova isə deyir ki, yolların dağılmağına səbəb böyük yük maşınlarıdır.

“Böyük maşınlar keçir, yollar dağılır. Bir ara buranı əsaslı təmir etmişdilər. bura həm də mədən sahəsidir, ona görə böyük maşınlar işləyir. O maşınlar da yolu dağıdır. Ona görə tez sıradan çıxır. Allah qoysa, onu dövlət proqramına salmışıq. Kanalizasiya sistemini də salmışıq proqrama, kanalizasiya ancaq mərkəzi küçədə var, o birilərində yoxdur”.

Zemfira Əzimova deyir ki, Bakı kəndlərinin inkişafı dövlət proqramı çərçivəsində yaxın illərdə Ramananın yol və kanalizasiya probleminin həll ediləcək.

DÖVLƏT PROQRAMI NƏYİ HƏLL EDİR?

2004-2008-ci illərdə Bakı kəndlərinin inkişafı dövlət proqramının nəticəsi necə olub? Vaxtilə Bakı Kəndləri İctimai Birliyində çalışmış ekspert Əsəd Əsədzadənin sözlərinə görə, kəndlərin vəziyyəti ilə proqram tamam başqa-başqa şeylərdən xəbər verir:

“Azərbaycan ictimaiyyəti proqramı eşidir, ancaq onun içərisində nə olduğundan xəbəri olmur. İstədiyimiz səviyyədə dəyişikliklər yoxdur.
Bizim ekologiyamız necə var, elə də qalır, su təchizatımız hansı səviyyədə idisə, ondan da aşağı düşüb. Bu Bakı küçələrində hansı küçələr asfaltlanıb? Gedin, Təzə Suraxanıya baxın, gedin Bülbüləyə baxın, Şüvəlana baxın. Kəndlərin içərisində asfaltlamaqdan söhbət gedə bilməz. Bu işlər burda görülməyib”.

SEÇKİQABAĞI YOL ÇƏKƏN DEPUTATLAR HARDADIR?

Ramana sakinləri kəndin sosial problemlərindən söz açarkən ölkədə keçirilən seçkiləri də xatırladılar. Amma öz dairələrindən seçilən millət vəkilini kimdən soruşduq, nə adını bilən, nə də üzünü gördüyünü deyən oldu...

“Heç adını bilmirəm vallah. Şəhərdə olur. Üzünü bir dəfə görmüşəm: seçiləndə. Seçki vaxtı gəlirlər, seçilirlər, ondan sonra yoxa çıxırlar...”

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

nömrəmiz (+420) 778 711 700

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

Şərhləri göstər

XS
SM
MD
LG