Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 20:39

«AQO» qrupunun Azərbaycana səfəri başlayıb


«AQO» qrupunun Bakıya səfərlərindən biri, 6 iyul 2007

«AQO» qrupunun Bakıya səfərlərindən biri, 6 iyul 2007

Noyabrın 23-də Avropa Şurasının Monitorinq qrupu «AQO» qrupunun Azərbaycana səfəri başlayıb.

Avropa Şurasının Bakı ofisindən AzadlıqRadiosuna verilən məlumata görə, səfərdə əsas məqsəd Azərbaycanın quruma daxil olarkən üzərinə götürdüyü öhdəliklərin icrası vəziyyətini dəyərləndirməkdir.

Noyabrın 26-a qədər davam edəcək səfər zamanı nümayəndə heyəti prezident, daxili işlər, ədliyyə və xarici işlər nazirlərilə, bundan başqa parlamentin rəhbəri, Ali Məhkəmə və MSK-nın sədrlərilə görüşəcək. «AQO» qrupunun müxalifət partiyaları, QHT-lər və mətbuat nümayəndələrilə də görüşləri gözlənilir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG