Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 11:08

ATƏT-in Müşahidə Missiyası Ukraynada iş başına keçib


Ukraynada yanvarın 17-i keçiriləcək prezident seçkisinə hazırlıq başlanıb, ATƏT-in Müşahidə Missiyası bu gün işə başlayıb. Missiyanın tərkibinə 56 uzunmüddətli müşahidəçi daxildir, onlar ikinci tur keçiriləcəyi halda fevralın 17-dək Ukraynada qalacaqlar. Bundan başqa missiyaya bilavasitə səsvermə günündə seçkini izləyəcək 600-ə yaxın müşahidəçi də daxildir. Məlumatı İnterfaks agentliyi yayıb.

Ölkə başçısı olmağa hələ ki qeydiyyatdan keçmiş 18 iddiaçı var. Onların sırasında hazırkı prezident Viktor Yuşşenko, baş nazir Yulia Timoşenko və müxalif Regionlar Partiyasının lideri Viktor Yanukoviç də var. Ən çox seçilmə ehtimalı olanlar Yanukoviç və Timoşenko hesab olunurlar.

Günün bütün mövzuları

XS
SM
MD
LG