Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 01:57

ABŞ Müdafiə Nazirliyinin rəsmisi Azərbaycana gəlib


ABŞ Müdafiə Nazirinin Rusiya, Ukrayna və Avrasiya üzrə müavininin köməkçisi Selest Uolander bu gün Azərbaycan hökumətinin yüksək səviyyəli rəsmiləri ilə görüşəcək. Cənab Uolander Birləşmiş Ştatlar və Azərbaycan arasında təhlükəsizlik üzrə əməkdaşlığı müzakirə edəcək və əlaqələrin inkişaf etdirilməsi üçün sahələri araşdıracaq.

Selest Uolanderə görə, əksəriyyəti müsəlman əhalisindən ibarət olan müasir, dünyəvi dövlət kimi tanınan Azərbaycan Respublikası zorakı ekstremizm təhlükəsinə qarşı mübarizədə əsas müttəfiqdir.

«Azərbaycan Kosovo, İraq və Əfqanıstanda NATO və koalisiya səylərinə töhfələr verib. Azərbaycan, həmçinin Əfqanıstan və İraqda birləşmiş və koalisiya qüvvələrinin yenidən təchiz olunması sahəsində göstərdiyimiz səylərə mühüm dəstək göstərir. Birləşmiş Ştatlar Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünə güclü dəstək verir. Mən bizim strateji tərəfdaşlığımızı inkişaf etdirmək üçün qarşılıqlı maraq kəsb edən mühüm məsələləri və təklifləri müzakirə etmək üçün Azərbaycan rəhbərliyi ilə görüşmək imkanı əldə etməyə ümid edirəm» - deyə o bildirib.
Russiya və Avrasiya regionlarında təhlükəsizlik məsələləri üzrə uzunmüddətli ekspert kimi çalışan Dr. Uolander ötən yay Müdafiə Nazirinin mərkəzi aparatında işə başlayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG