Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 09:11

İran prezidenti Braziliyaya gedir


İran prezidenti Mahmud Əhmədinejat bu gün Braziliyaya səfər edir. Bu onun prezident kimi Latin Amerikası ölkələrinə ilk səfəridir. Mahmud Əhmədinejat braziliyalı həmkarı Luis İnasio Lula da Silva ilə danışıqlar aparacaq. Braziliya prezidentinin də 2010-cu ilin əvvəlində Tehrana gedəcəyi gözlənilir. İran səfirliyinin məlumatına görə, İran prezidentinin bir günlük səfəri çərçivəsində ikitərəfli ticarət razılaşmaları imzalanacaq. Əhmədinejat Braziliya universitetində də çıxış edəcək və mətbuat konfransı təşkil olunacaq.

Bazar günü isə Rio de Janeyroya 1000-dən çox etirazçı toplaşıb. Onlar İsrailin xəritədən silinməsi və Holokostu (yəhudi soyqırımı) inkar edən Əhmədinejatın səfərinə etiraz ediblər.

Braziliyadan sonra İran prezidentinin Boliviya və Venesuelaya da səfəri nəzərdə tutulur.
XS
SM
MD
LG