Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 17:45

Maykl Cekson kommersiya uğurlarına görə öndədir


Pop kralı Maykl Cekson ölümündən sonra «American Music Awards»ın dörd nominasiya üzrə mükafatına layiq görülüb. Mükafatlandırma mərasimi dünən Los-Ancelesdə təşkil olunub.

19 yaşlı müğənni Teylor Svift də dörd nominasiya üzrə qalib elan olunub. «Black Eyed Peas» qrupu və reper Cey-Zi və onun xanımı müğənni Biyonse da mükafat alanlar sırasındadır.

«American Music Awards» mükafatı ifaçıların kommersiya uğurlarına görə verilir, qaliblər isə xalq səsverməsi nəticəsində müəyyən olunur.

«Nielsen SoundScan» şirkətinin məlumatına görə, ölümündən sonra Maykl Ceksonun 5,7 milyon diski satılıb.

XS
SM
MD
LG