Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 10:47

Şaxtada partlayış nəticəsində 104 nəfər ölüb


Çində şaxtada partlayış nəticəsində ölənlərin sayı 104-ə çatıb. Hadisə ölkənin şimal-şərqindəki Xeqan şəhərində iki gün öncə baş verib.

Məlumata görə, partlayış baş verən zaman yerin altında 500-dən çox şaxtaçı olub. Xilasetmə tədbirləri hələ də davam etdirilir. Sağ qalanların dediyinə görə, partlayışa qazın bir yerə yığılması səbəb olub.

Ölənlərin sayına görə bu hadisə Çinin filiz mədən sənayesində son iki ildə baş vermiş ən böyük qəzadır.
XS
SM
MD
LG