Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 14:26

Prezidentlərin Münhen görüşü başa çatdı


Azərbaycan və Ermənistan prezidentləri təkbətək görüşürkən, iki ölkənin Xarici İşlər nazirləri və ATƏT-in Minsk Qrupunun həmsədrləri Fransanın Münhendəki konsulunun iqamətgahının həyətində - 22 noyabr 2009
Azərbaycan və Ermənistan prezidentləri təkbətək görüşürkən, iki ölkənin Xarici İşlər nazirləri və ATƏT-in Minsk Qrupunun həmsədrləri Fransanın Münhendəki konsulunun iqamətgahının həyətində - 22 noyabr 2009
Azərbaycan və Ermənistan prezidentlərinin Münhen görüşü elə indilərdə başa çatıb.

İlham Əliyevlə Serj Sarkisyan əvvəlcə təkbətək görüşüblər, sonra isə ATƏT-in Minsk qrupunun həmsədrləri və hər iki ölkənin xarici işlər nazirləri də danışıqlara qatılıblar.

Hələlik danışıqlar barədə ətraflı məlumat yoxdur.
***
Azərbaycan və Ermənistan prezidentlərinin Münhen görüşü indi geniş tərkibdə keçirilir.

AzadlıqRadiosunun əməkdaşlarının Münhendən verdikləri məlumata görə, əvvəlcə təkbətək keçirilən görüşə bir qədər sonra hər iki ölkənin Xarici İşlər nazirləri və dasnışıqlara vasitəçilik edən Minsk Qrupunun həmsədrləri də qatılıblar.

Həmsədrlərin görüşdən sonra jurnalistlərə açıqlama verəcəkləri gözlənilir.

***
Görüş təxminən yerli vaxtla saat 12:30-da başlayıb.

AzadlıqRadiosunun əməkdaşlarının Münhendən verdikləri məlumata görə, danışıqlara vasitəçilik edən ATƏT-in Minsk Qrupunun həmsədrləri və hər iki ölkənin Xarici İşlər nazirləri danışıqlarda iştirak etmirlər, görüş qapalı keçirilir.

Hələlik prezidentlərin və həmsədrlərin görüşdən sonra jurnalistlərə açıqlana verəcəkləri dəqiq bəlli deyil.

***

AzadlıqRadiosu əməkdaşlarının Fransanın Münhendəki Baş konsulunun iqamətgahından verdiyi xəbərə görə, yerli vaxtla saat 12:10-da Azərbaycan tərəfi, 15 dəqiqə sonra isə Ermənistan tərəfi görüş yerinə gəliblər. ATƏT-in Minsk Qrupunun fransalı həmsədri Bernar Fasye jurnalistlərə bildirib ki, görüş qapalı keçiriləcək. Görüş yerli vaxtla saat 13:00-da (Bakı vaxtıyla saat 16:00) başlayıb.
ATƏT-in Minsk Qrupunun həmsədrləri, Azərbaycan və Ermənistan Xarici İşlər nazirləri, Fransanın Münhendəki konsulunun iqamətgahında



Fransanın Xarici İşlər Nazirliyinin daha öncə yaydığı məlumata görə, İlham Əliyev və Serj Sarkisyan görüşdə aşağıdakı məsələlər ətrafında müzakirələr aparacaqlar.

- Dağlıq Qarabağ ətrafındakı işğal olunmuş ərazilərin Azərbaycanın nəzarətinə qaytarılması;
- Dağlıq Qarabağın təhlükəsizlik və özünüidarəsini təmin edən müvəqqəti statusun müəyyənləşdirilməsi;
- Ermənistanı Dağlıq Qarabağla birləşdirəcək dəhlizin ayrılması;
- Öz müqəddaratını təyin etmə hüququnun qanuni təminatı yoluyla Dağlıq Qarabağın yekun hüquqi statusu;
- Məcburi köçkünlərin öz yurdlarına qaytarılması haqqının təminatı;
- Bölgədə sülhyaratma qüvvələrinin yerləşdirilməsi.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG