Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 02:31

Bakıda 10 maşın yanıb


Bakıda görünməmiş yanğın baş verib.

Bu gün səhər saatlarında Azadlıq prospekti 176 ünvanındakı binanın qarşısında saxlanmış 10 avtomobil yanıb.

Maşınlardan birində baş vermiş yanğın yaxınlıqdakı avtomobillərə keçib.

Hadisə yerinə 5 yanğınsöndürən maşın gəlib, alovun binaya keçməsinin qarşısı alınıb.

ANS PRESS-in məlumatına görə, 5 maşın tamamilə yanıb, 5 maşın isə yararsız hala düşüb.

Yanan maşınların arasında Mercedes, Hyunday, Opel, Ford və başqa markalı avtomobillər olub.

Hadisənin səbəbi araşdırlır.

Günün bütün mövzuları

XS
SM
MD
LG