Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 04:10

Bu gün Azərbaycan və Ermənistan prezidentləri görüşürlər


Bu gün Almaniyanın Münhen şəhərində Azərbaycan və Ermənistan prezidentlərinin görüşü keçiriləcək. Danışıqlar Fransanın Münhendəki konsulluğunda baş tutacaq.

Görüşdən iki gün əvvəl Goranboyda məcburi köçkünlərlə görüşən Azərbaycan prezidenti İlham Əliyev deyib ki, bu müzakirəyə böyük ümidlər var. Amma əgər bu dəfə də danışıqlar nəticə verməsə, Azərbaycan müzakirələri dayandıra bilər. Ilham Əliyev deyib ki, heç vaxt Dağlıq Qarabağa müstəqillik verilməsi ilə razılaşmayacaq. Azərbaycanın prezidenti vurğulayıb ki, ən sonda Qarabağa yalnız məhz Azərbaycanın daxilində muxtariyyət verilə bilər. Azərbaycan prezidenti indiki nə hərb, nə sülh vəziyyəti ilə barışmadığını da söyləyib.

İki ölkə rəhbəri arasında bu günə planlaşdırılan görüş 2009-cu il ərzində prezidentlər arasında sayca 6-cı görüşdür.

XS
SM
MD
LG