Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 11:11

Bakıdakı özəl klinikanın mühasibi öldürülüb


Bakıdakı “ Modern Hospital ” klinikasının baş mühasibi Firamin Əsədov qətlə yetirilib.

Bu barədə ANS PRESS Əzizbəyov rayon prokurorluğuna istinadla xəbər verir.

Bu gün saat 14.00 radələrində Əzizbəyov rayonunun, Türkan qəsəbəsinə gedən yolda “KİA Sorento” markalı avtomobilin yük yerində yanmış meyid aşkar edilib.

Araşdırmalardan sonra həmin şəxsin 3 gün əvvəl itkin düşmüş 44 yaşlı Firamin Əsədov olduğu müəyyən edilib.

Faktla bağlı cinayət işi açılıb, əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG