Keçid linkləri

2024, 05 May, bazar, Bakı vaxtı 04:20

Bu il metrodan 173,5 mln. sərnişin istifadə edib


Bu ilin yanvar-oktyabr ayları ərzində Bakı Metropolitenindən 173,5 mln. sərnişin istifadə edib.

Dövlət Statistika Komitəsindən «APA»ya verilən məlumata görə, hesabat dövründə metro nəqliyyat vasitəsi ilə yararlanan sərnişinlərin sayı ötən ilin analoji dövrü ilə müqayisədə 6,9% çoxdur.

1967-ci ildə istifadəyə verilmiş Bakı Metropoliteninin hazırda 21 stansiyası və 1 deposu var. Ötən ilin oktyabr ayında yeni «Nəsimi» stansiyasını istifadəyə verən Bakı Metropoliteni yaxın gələcəkdə «Azadlıq» stansiyasını istismara vermək niyyətindədir.

Həmçinin bu ilin noyabr ayının 10-da Azərbaycan prezidenti tərəfindən «Bakı Metropoliteninin perspektiv inkişafı ilə bağlı bəzi tədbirlər haqqında» sərəncam imzalanıb.
XS
SM
MD
LG