Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 12:57

Ermənistan vətəndaşı Azərbaycanda saxlanıb


Ermənistan vətəndaşı Azərbaycanda saxlanıb. Bu barədə hüquq-mühafizə orqanlarından məlumat verilib.

Məlumatda bildirilir ki, ötən gün Heydər Əliyev Beynəlxalq Hava Limanında xarici reyslərdən biri ilə Azərbaycana gələn Ermənistan vətəndaşı Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. Saxlanılan erməninin kimliyi və Azərbaycana hansı reyslə gəldiyi açıqlanmır.

Hazırda Ermənistan vətəndaşının ölkəmizə gəlişinin səbəblərini araşdırır. /APA/
XS
SM
MD
LG