Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 06:44

Qərb Tehranın hərəkətindən narahatdır


Aparıcı dünya ölkələri İranın BMT-nin təklifini qəbul etməməsindən narahatlıq bildiriblər.

ABŞ, Böyük Britaniya, Fransa, Rusiya, Çin və Almaniya ötən çümə günü Brüsseldə İranın nüvə proqramı ətrafında yaranmış vəziyyəti müzakirə ediblər.

ABŞ prezidenti Barak Obama görüşdən əvvəl bildirmişdi ki. əgər İran BMT-nin təklifini qəbul etməsə, yaxın həftələrdə ona qarşı yeni sanksiyalar tətbiq oluna bilər.

Beynəlxalq Atom Enerjisi Agentliyinin rəhbəri Məhəmməd Əl Baradei Tehranı BMT-nin təklifini qəbul etməyə çağırıb.

Bu planda İranın nüvə proqramı üçün yanacağın ölkə daxilində yox, xaricdə istehsal olunması nəzərdə tutulur.

Tehran isə bu mübadilənin ölkə daxilində həyata keçirilməsini istəyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG