Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 16:04

Bloqqerlərin həbsi «amansız ədalətsizliyi» nümayiş etdirdi


«Gənc bloqqerlər Emin Milli və Adnan Hacızadə gözəl insanlardır, onlar yeni azadfikirli nəsildir».

ATƏT-in media azadlığı üzrə xüsusi nümayəndəsi Mikloş Haraşti Tbilisidə «Reuters» agentliyinə müsahibəsində belə deyib.

«Bu insanlar artıq susdurula bilməz. Tamamilə günahsız insanları həbsə atanlar sadəcə, zamanın nəbzini tuta bilmirlər. Bloqqerlərin məhkəməsi amansız ədalətsizliyi nümayiş etdirdi».

Bu arada Böyük Britaniyanın Xarici İşlər Nazirliyi də bloqqerlər barədə bağlı hökmü pisləyib.

Nazirliyinin nümayəndəsi Kris Brayant Azərbaycan hökumətini bloqqerlərin apelyasiya şikayətinə ədalətli baxışı təmin etməyə çağırıb.

O, Avropa Birliyi sədrliyinin bloqqerlərin həbsindən təəssüf və narahatlıq keçirdiyini bir daha təkrarlayıb.

Səbayel Rayon məhkəməsinin qərarı ilə Emin Milli 2 il 6 ay, Adnan Hacızadə isə 2 il azadlıqdan məhrum edilib.

Gənclər bu il iyulun 8-də «Livan» restoranında baş verən münaqişədən sonra həbs ediliblər. Onlar xuliqanlıqda və qəsdən sağlamlığa az ağır zərər vurmada ittiham olunurlar.

Gənc fəallar ittihamları qəbul etmirlər və həbslərinin sifarişli olduğunu deyirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG