Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 17:44

Rusiya qumarbazları Belarusa axışır


İyulun 1-dən Rusiya kazino oyunlarına qadağa qoyub
İyulun 1-dən Rusiya kazino oyunlarına qadağa qoyub
Ötən illərə qədər Belarus xarici investorları elə də cəlb eləmirdi. Ancaq gözlənilmədən Rusiyadan bu ölkəyə böyük bir axın başlayıb. Səbəb Rusiyada kazino sahiblərinin hökumətin qoyduğu məhdudiyyətlərlə üzləşməsidir.

İyulun 1-dən Rusiya kazino oyunlarına qadağa qoyub. Milis Moskvada və Sankt-Peterburqda fəaliyyət göstərən qumarxanaları bağlayıb. Kazino biznesi axır 10 ildə Rusiyada milyardlarla dollar gəlir gətirən bir sahəyə çevrilmişdi. Kremlin qərarında qətiyyətli olduğu məlum olandan sonra kazino sahibləri öz biznesləri üçün başqa ölkələrdə sığınacaq axtarmağa başladılar.

Rusiyanın ən böyük kazino şirkəti olan «Storm International» şirkətinin prezidenti Maykl Botçer deyir ki, «hökumətin bu qərarını eşidən kimi başqa ölkələrdə işləmək üçün planlar qurmağa başladıq». Botçer Rusiya hökumətinin yeni qaydalarını hoqqabazlıq sayır.

«Storm International» şirkətinin Belarusdakı ilk kazinosu Minskin mərkəzində - bahalı yerdə yerləşir. Bu kazino «Shangri La» adlanır. Kazinonun bayırında Rusiya nömrəsi olan qara rəngli limuzinlər dayanır. Moskvadan Minskə maşınla təxminən 8 saata gəlmək olur. İçəri girmək istəyən elə qapıda kifayət qədər pulu olduğunu göstərməlidir.

Çölündən fərqli olaraq kazinonun içinin daha ciddi görünüşü var. Bilyard daşlarının şaqqıltısı və kartların vıyıltısından başqa səs eşidilmir. Oynayanların sayı çox deyil. Ən az pul qoyuluşu isə 200 dollardır. Daha varlı müştərilər üçün tək otaqlar da var.

Kazinonun rəhbəri Şerli Braam deyir ki, həmin müştərilər istəmirlər ki, onların oynadığı masanın ətrafında başqaları olsun.

Kazino təzə açılanda burda cəmi 4 stol olub. Rusiyada kazinolara qadağa qoyulandan sonra isə Rusiyadakılar hamısı bura axışıb gəlib. «Shangri La»ya demək olar ki, ancaq ruslar gəlir.

Botçer deyir ki, «ilk Belarus müştərimiz bura keçən həftə gəlib. Minsk bizim üçü bir növ sınaq layihəsidir».

«Storm International» şirkətinin Belarusdan başqa Gürcüstan, Ermənistan və Mərkəzi Asiyada da kazinoları var.

Minsk Rusiyadan gələnlər üçün yad yer deyil. Burda adamların çoxu rusca danışır. Küçələr sakit və təhlükəsizdir. Hələ də sosializm qəhrəmanlarının, məsələn – Karl Marksın adına küçə var. Şəhərin mərkəzi meydanında isə Leninin heykəli ucalır.

Hökumət qumar sahəsinə qoyulan yeni investisiyaları alqışlayır. Belarus hökumətinin investisiya agentliyinin direktor müavini Georgi Qrits deyir ki, bu sahə həqiqətən cəlbedicidir:

«Bizim də bu sahəyə Rusiyadan fərqli siyasətimiz var». / «Financial Times» /

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG