Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 13:37

«Mülkiyyət toxunulmazdırsa…»


Müzəffər Baxışov
«Mülkiyyət toxunulmazdırsa, heç bir dövlət orqanının vətəndaşa şərt qoymaq səlahiyyəti olmamalıdır. Əgər bu gün Azərbaycanda iş adamı bina tikmək üçün vətəndaşın torpağını, yaxud mülkünü onu tam razı salmadan ala bilirsə, bu, artıq mülkiyyətin toxunulmazlığının dövlət tərəfindən çox zəif qorunduğunun göstəricisidir».

«Hüquqi Dövlət» Araşdırmalar Mərkəzinin rəhbəri Müzəffər Baxışov «İşdən sonra»da belə deyib.

Onun fikrincə, «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» qanun layihəsinin artıq parlamentdə ikinci oxunuşa hazırlanması çox müsbət haldır. Deməli, bu məsələlər daha təkmil qanunla tənzimlənəcək:

«Qanun layihəsində hətta qeyri-qanuni zəbt olunmuş torpaq sahəsində tikilmiş evlərə, obyektlərə də kompensasiya nəzərdə tutulması çox mütərəqqi addımdır. Ancaq layihədə dövlət ehtiyacları üçün alınan əmlakın qiymətləndirilməsinin müvafiq icra hakimiyyətinin ixtiyarına buraxılması, qiymətdə anlaşma alınmırsa, vətəndaşın məhkəməyə müraciət etməli olduğunun nəzərdə tutulması düzgün deyil. Əslində, müvafiq icra hakimiyyətinin məhkəməyə müraciət etməsi daha düzgün olardı. Çünki bu, vətəndaşın deyil, dövlətin ehtiyacı üçün həyata keçirilən alqı-satqıdır».

Dövlət ehtiyacları dedikdə, dövlət əhəmiyyətli yollar, digər kommunikasiya xətləri, magistral neft və qaz kəmərləri, kanalizasiya, yüksəkgərginlikli elektrik xətləri, hidrotexniki qurğular çəkilməsi üçün torpaqların alınması nəzərdə tutulur.
XS
SM
MD
LG