Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 17:06

Avropa futbolunda rüşvət qalmqalı


Almaniyada prokurorlar Avropa ölkələrində oynanılmış 200-ə qədər futbol oyununu araşdırır. Prokurorlar tamaşaçıların aldadılması ittihamı ilə cinayət işi açıblar.

İttihama görə totalizatorla məşğul olan bir dəstə adam oyunçulara, məşqçilərə, hakimlərə və rəsmilərə rüşvət verməklə futbol yarılşarında onlara lazım olan hesabı alıblar.

Prokurorlar bu cür danışılmış oyunların Almaniya, Belçika, İsveçrə, Xorvatiya, Türkiyə, Macarıstan, Avstriya kimi ölkələrdə təşkil edildiyini bildirirlər.

Almaniya prokurorlarının bu araşdırmasına UEFA da dəstək verir.
XS
SM
MD
LG