Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 20:45

«Buna görə Avropa Şurasında Azərbaycanın üzvlüyünün gündəmə gətirilməsi qeyri-ciddidir»


«Adnan Hacızadə və Emin Milli ilə bağlı məhkəmə qərarına görə Avropa Şurasında Azərbaycanın üzvlüyünün gündəmə gətirilməsi qeyri-ciddidir. Belə məsələlər vaxtaşırı ortaya çıxır. Ancaq olar məsələni araşdırdıqda başa düşürlər ki, söhbət insan hüquqlarının pozulmasından yox, adi kriminaldan gedir. Kriminal isə yerindən və kimin törətməsindən asılı olmayaraq cəzalandırılmalıdır».

Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev Avropa Şurasının baş katibi Torbyorn Yaqlantın bloqqerlər barəsində məhkəmə qərarına dair bəyanatına münasibət bildirərkən belə deyib.

Onun sözlərinə görə, AŞ PA-nın Monitorinq Komitəsi Azərbaycan üzrə yeni həmməruzəçi seçib və yanvar sessiyasında təsdiqləndikdən sonra o Azərbaycana gələcək:

«Nə qədər ki, Azərbaycan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyib monitorinq davam edəcək. Qanunvericiliklə bağlı iki məsələ qalib. «Alternativ hərbi xidmət haqqında» qanunun qəbulu və Milli Azlıqlarla bağlı Konvensiyaya qoşulmaq».

Milli Məclis Aparatının rəhbəri deyir ki, Azərbaycanın konvensiyaya qoşulmamasının səbəbi maliyyə problemi ilə bağlıdır. Çünki konvensiyaya qoşulduqdan sonra ölkədə yaşayan milli azlıqların hamısının ayrıca məktəbi, televiziyası, radiosu, nəşrləri olmalıdır. Buna isə çoxlu vəsait sərf olunmalıdır.

Səfa Mirzəyev hesab edir ki, belə məsələləri hamıdan qabağa düşmək xatirinə yox, zamanı gəlincə həll etmək daha məqsədəuyğundur.

Günün bütün mövzuları

XS
SM
MD
LG